Bakı şəhərinin Xəzər rayonunda bir dam altında tikilən ümumi sahəsi 80 m² olan birmərtəbəli müxtəlif təyinatlı obyektlərdən sahəsi 40 m² olan sürtkü materialları satışı mağazasının yanar konstruksiyaları yanıb.
1xeber.media xəbər verir ki, yüksək temperaturdan sahəsi 40 m² olan bərbərxananın lambirdən ibarət tavanı 20 m² sahədə əriyib.
Bərbərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.