Bu gün Xalq yazıçısı Elçin Əfəndiyev vəfat edib.
Yenisabah.az xəbər verir ki, Dövlət Dil Komissiyasının dünyasını dəyişmiş üzvlərinin sayı 5-ə çatıb.
Xatırladaq ki, Prezident Əliyev iyulun 31-də Komissiya tərkibinin yenilənməsi haqqında Fərman imzalayıb.
Siyahıda yer alan Komissiya üzvləri içərisində dünyasını dəyişən ictimai xadimlər var.
Bunlar Xalq yazıçısı Mövlud Süleymanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Buludxan Xəlilov, filologiya elmləri doktoru, professor Aydın Ələkbərov, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin keçmiş dekanı, AMEA-nın həqiqi üzvü Vasim Məmmədəliyevdir.
Artıq mərhum Elçin Əfəndiyev də onlar əlavə olunub. O, 2017-ci ildə Komissiyanın üzvü təyin edilərkən Baş nazirin müavini vəzifəsini tuturdu.
Xatırladaq ki, Nazirlər Kabineti Dövlət Dil Komissiyasının yeni tərkibi ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir