1xeber.media xəbər verir ki,sosial şəbəkə istifadəçisi Elvin Əzizov Qax rayonu İlisu kəndində "PANORAMA İLİSU" istirahət mərkəzində başlarına açlan oyun barədə şikayətini paylaşıb. Şikayəti olduğu kimi təqdim edirik:
QAX RAYON İLİSU KƏNDİNDƏ PANORAMA İLİSU RESTORANINDA ÖZBAŞLNALIQ AYAQ TUTUB YERİYİR.
Deməli 03.08.2025 tarixində panorama ilisi restoranında qonaq oldub yedik, içdik axırda hesab isdəyəndə yediyimizi burnumuzdan tökdülər. Hərşey odu qiymətinə. Bazar qiyməti 3.60qəpik olan (EFES DRAFT) piyvəsini 10 manata verirlər. (6.40qəpik bir piyvədən pul qazanırlar) Çek isdədikdə isə bizə əl yazma faktura ilə çek təqdim etdilər. Kassa cekini tələb etdik, biz 3 ildi buranı bu formada işlədirik dedilər. Administaroru çağırıb haqlı olaraq iradımızı bildirəndə bizi polislə hədəlidi. Üsdəlik isdəyirsiz DTX ni çağıraq o cür həll edək deyib bizə hədə qorxu gəldilər. Bir istirahet mərkəzi qalmışdı milləti qoyun yerinə qoymayan oda oldu. Bucür haqsızlıqlara yol verilməməlidi. Aidiyyəti qurumlar bu qanunsuzluqlara niyə göz yumur?
Niyə bir tədbir görmürlər? Belə sahibkarlar kimə güvənir? Vətəndaşı güc strukturu ilə hədələyir, Əlin hara çatır ora şikayət et deyib vətəndaşı əzməyə çalışır. Bizim həryerdə adamımız var. Hesabı ödəyib gedə bilərsiz deyib getdi. Azərbaycan vətəndaşı olaraq bu məsələ ilə bağlı aidiyyeti qurumların tədbir görməyin tələb edirəm. "
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
teref.az