Azərbaycan Mərkəzi Bankı (AMB) yeddi fiziki şəxsə verdiyi sığorta agenti lisenziyasını ləğv edib.
1xeber.media xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, bu qərar iyulun 30-da "Sığorta fəaliyyəti haqqında" qanuna uyğun olaraq, lisenziya sahiblərinin lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmadığını nəzərə alınaraq qəbul edilib.