Ukrayna prezidenti Vladimir Zelenski Hollandiyanın baş naziri Dik Şof ilə hərbi təchizat məsələsini müzakirə edib.
1xeber.media xəbər verir ki, bu barədə Ukrayna lideri öz Telegram kanalında məlumat verib.
"500 milyon avroluq paket Amerika silahları, xüsusən də [zenit-raket sistemləri] "Petriots" üçün raketlərdir. NATO ölkələri arasında və Rusiyanın zərbələrini genişləndirməyə çalışdığı bir vaxtda ilk belə addım", - o yazıb.
Zelenski əlavə edib ki, bu qərar NATO-nun Haaqa sammitinin nəticələrindən biridir. O, NATO-nun baş katibi Mark Rutteyə ölkənin müdafiəsini gücləndirmək əzminə görə təşəkkür edib.
Bundan əvvəl Hollandiyanın müdafiə naziri vəzifəsini icra edən Ruben Brekelmans ölkəsinin Şimali Atlantika Alyansı daxilində Ukraynanı yarım milyard avro dəyərində Amerika silahları ilə təmin edən ilk dövlət olacağını bildirmişdi.