"EuroHome" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə külli miqdarda vergi borcu olduğu müəyyən edilib.
1xeber.media 32gun.az-a istinadla xəbər verir ki, şirkətin ümumi vergi borcu 55.281,36 manat təşkil edir.
Qanuni təmsilçi kimi Niyazi İbrahimov Kamal oğlu qeyd olunub.
Qeyd edək ki, “EuroHome” Azərbaycanın tikinti mallarının satışı üzrə fəaliyyət göstərən ən böyük bazar mərkəzlərindən biri hesab olunur.
Xatırladaq ki, 2019-cu il dekabrın 10-da baş vermiş güclü yanğın nəticəsində bazarda yerləşən 100-ə yaxın mağaza yanaraq yararsız hala düşmüş, təxminən 10 nəfər isə müxtəlif dərəcəli xəsarətlər almışdı. Yanğın təxminən 3 saat davam etmişdi.
Hadisədən beş il keçməsinə baxmayaraq, zərərçəkmiş sahibkarlara dəymiş ziyan hələ də tam ödənilməyib.
Mediada gedən məlumatlara görə, Eyni zamanda, ictimaiyyətdə ciddi rezonans doğuran məqam isə odur ki, bazarın sahibi kimi tanınan Azay Möhnətovun üzərinə həbs qoyulmuş “Rolls Royce” markalı avtomobillə sərbəst şəkildə hərəkət etdiyi iddia olunur.
Hazırda sahibkarlarla “EuroHome” rəhbərliyi arasında məhkəmə çəkişmələri davam edir.
İş adamı həmçinin, AF Holdinq Şirkətlər Qrupunun və “Uğur-97” şirkətinin prezidentidir.
Azay Möhnətovun aktivində kifayət qədər çox sayda tanınmış obyekt, o cümlədən məşhur “AF Mall” və “AF Hotel & Aqua Park” var.