ABŞ-ın Corciya ştatında yerləşən Fort Stüart hərbi bazasında atışma olub, itkilər var.
1xeber.media xəbər verir ki, bu barədə ABC News kanalı məlumat yayıb.
"Fort Stüart atışma insidentinə görə təcrid vəziyyətindədir. Baza 11:04-də bağlanıb, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. İtkilər barədə məlumat verilir, lakin vəziyyət stabil olaraq qalır", - bazanın bəyanatında deyilir.
CNN kanalının məlumatına görə, beş əsgər yaralanıb, onların xəsarətlərinin xarakteri hələ müəyyən edilməyib. Onların hamısı hərbi hospitala yerləşdirilib. Qeyd olunur ki, atəş açan şəxs saxlanılıb və artıq təhlükə yaratmır.
İyulun 13-də ABŞ-ın Leksinqton şəhərində silahlı şəxs Baptist kilsəsində atəş açıb. Bir patrul işçisi və digər zərərçəkənlər xəstəxanaya yerləşdirilib.