Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin bir neçə tender proseduru ləğv edilib.
1xeber.media 32gun.az -a istinadla xəbər verir ki, Agentliyin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün Qarayara, Çiçək və infeksion Nodulyar Dermatit xəstəliklərinə qarşı peyvənd vasitələrinin satınalması ilə bağlı elan etdiyi tender nəzarət orqanının qərarı ilə dayandırılıb. Layihənin ehtimal olunan dəyəri 3.185.061,00 AZN idi.
Bundan başqa, Aqrar Xidmətlər Agentliyi və tabeliyində olan mərkəzlər üçün nəzərdə tutulan yanğınsöndürmə balonları, yanğından mühafizə ləvazimatları və ilkin tibbi yardım çantalarının alınması ilə bağlı keçirilən iki tender də eyni səbəbdən – nəzarət orqanının qərarı ilə – ləğv edilib. Hər iki satınalmanın ehtimal olunan dəyəri 62.528,79 AZN təşkil edirdi.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinə Məcnun Məmmədov, Aqrar Xidmətlər Agentliyinə isə Sərdar Hacıyev rəhbərlik edir. Son aylarda Agentlik tərəfindən texniki və texnoloji təminata dair keçirilən satınalmalar ictimai diqqətə səbəb olub.