1xeber.media xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Rusiyaya rəsmi səfərə gəlib.
Qeyd edilir ki, onun təyyarəsi Moskvanın “Vnukovo” hava limanına enib. BƏƏ liderini Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski, Baş nazirin birinci müavini Denis Manturov və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) baş direktoru Kirill Dmitriyev qarşılayıblar.