Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılmış Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İsmayıl Vəliyevin bir qisim əmlakları üzərində olan həbsin götürülməsi üçün “Xalq Bank” tərəfindən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
1xeebr.media Trend -ə istinadla xəbər verir ki, Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilib, sabiq icra başçısının dövlət nəfinə müsadirə olunmuş bir qisim əmlakı üzərində olan həbs “Xalq Bank”ın xeyrinə götürülüb.
Qeyd edək ki, sabiq icra başçısı İsmayıl Vəliyev və digərləri DTX tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıblar.