Ağ Ev Rusiya tərəfinin ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüşün razılaşdırıldığı və yerinin müəyyən edildiyinə dair iddialarını təkzib edib.
1xeber.media xəbər verir ki, Ağ Evin sözçüsü ABC News-a açıqlamasında bildirib ki, görüşün yeri hələ təyin olunmayıb və Trampın Putinə qarşı konkret şərti var: “Putin Zelenski ilə görüşməlidir ki, Trampla görüş baş tutsun.”
Rəsmi Vaşinqtonun bu bəyanatı Kremlin yaydığı optimist açıqlamaları alt-üst edib. ABŞ administrasiyası bildirir ki, Rusiya lideri əvvəlcə Ukrayna Prezidenti Vladimir Zelenski ilə birbaşa təmas qurmalı, yalnız bundan sonra Tramp-Putin görüşünün reallaşması mümkün ola bilər.
Ekspertlər hesab edirlər ki, bu mövqe Trampın yeni dönəmdə Rusiya ilə münasibətlərdə Ukraynanın maraqlarını önə çəkməyə çalışdığını göstərir. Bununla belə, Kreml hələlik bu şərtə cavab verməyib və Zelenski ilə görüşə hazır olduqlarını açıqlamayıb.