Qərb ölkələri Rusiya ilə münaqişəsində Ukraynanı dəstəkləməklə tam xaos vəziyyətinə gəliblər.
1xeber.media xəbər verir ki, bu barədə cümə günü, avqustun 8-də Amerikanın “National Review” nəşri yazıb.
Müəllif Maykl Brendan Dougherty yazır: "İndi biz xəbərdarlıq etdiyim xaosun içindəyik. Ukraynanın millətçi mübarizəsinə arxalanaraq bütün bu lənətə gəlmiş dünya nizamının etibarlılığını və demokratiyanın özünü təhlükəyə atmaq həmişə mənəvi təhlükələrlə dolu olub".
İndi məqalə müəllifinin fikrincə, Qərb ölkələri özlərini öz qərarlarının girovuna çeviriblər və geriyə yol onlar üçün artıq bağlıdır. Eyni zamanda, ukraynalıların əksəriyyəti hərbi əməliyyatların davam etdirilməsinin tərəfdarı deyil.