“Hakimiyyət bütün resurslarını konstitusiya dəyişikliklərinin uğurla başa çatmasına yönəldəcək, çünki əgər Paşinyan hakimiyyəti Bakının “ev tapşırığını” yerinə yetirməsə, Azərbaycanla razılaşmalar pozulacaq”.
Erməni mediası xəbər verir ki, bu barədə özünün “Facebook” səhifəsində yerli revanşist deputat Tiqran Abramyan yazıb.
O qeyd edib:
“Şübhəsiz, hakimiyyət 2025–2026-cı illər üçün çoxqatlı seçkiöncəsi dövr planlaşdırıb və bu istiqamətdə irəliləyir”.
Abramyan hər kəsi Paşinyanı devirməyə çağırıb.