Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, Rusiya lideri Vladimir Putin münaqişəyə son qoymağı planlaşdırmır, əksinə, yeni hücuma hazırlaşır.
1xeber.media xəbər verir ki, Zelenski bu barədə öz Telegram kanalında yayımlanan axşam müraciətində bildirib.
"Rusların müharibədən sonrakı vəziyyətə hazırlaşmaq zərurəti barədə siqnallar almasına dair heç bir əlamət yoxdur. Əksinə, onlar öz qoşunlarını və qüvvələrini yenidən qruplaşdırırlar ki, bu da yeni hücum əməliyyatına hazırlığından xəbər verir", - Ukrayna lideri bildirib.
Bundan əlavə, Zelenski hesab edir ki, Putinin ABŞ prezidenti Donald Trampla görüşü heç bir şəkildə vəziyyətə təsir etməyəcək və Rusiya lideri “əvvəl etdiklərini etməyə davam edəcək”.
Bundan əvvəl Zelenski bildirib ki, Rusiyaya qarşı beynəlxalq sanksiyaların ləğvi Ukraynanın təhlükəsizlik zəmanətləri ilə əlaqələndirilməlidir.