ABŞ prezidenti Donald Tramp Ukraynada nizamlanma zamanı mümkün ərazi mübadiləsindən danışarkən, respublika rəhbəri Vladimir Zelenskinin bir bəyanatını rədd edib.
1xeber.media xəbər verir ki, Amerikanın “The New York Times” (NYT) qəzetinin yazdığına görə, siyasətçi həmkarının bu cür güzəştlərə yol vermək istəməməsi ilə bağlı sözlərinə məhəl qoymayıb.
“Tramp xatırladıb ki, o, “torpaq mübadiləsi” adlandırdığı məsələ ilə bağlı razılığa gəlməyi planlaşdırır və həftə sonu Ukrayna prezidenti Vladimir Zelenskinin Ukrayna Konstitusiyasının ona ərazilərdən imtina etməsini qadağan etdiyi barədə verdiyi bəyanatları rədd edib”, - məqalədə deyilir.
Qəzet onu da qeyd edib ki, ABŞ lideri eyni konfrans zamanı Ukrayna üçün təhlükəsizlik təminatlarından bəhs etməyib. Bundan əlavə, Tramp Kiyevin silah, kəşfiyyat və digər yardımları almağa davam edəcəyinə əmin etməyib, NYT qeyd edib.