1xeber.media xəbər verir ki, South China Morning Post-un avqustun 12-də verdiyi məlumata görə, italiyalı Mattia Debertolis Çinin Çendu şəhərində keçirilən Ümumdünya Səmti Müəyyənetmə Oyunlarında iştirak etdikdən sonra vəfat edib.
Bildirilib ki, 29 yaşlı Debertolis kişilərin orta məsafəyə səmti müəyyən etmə yarışı zamanı huşunu itirib. Daha sonra təşkilatçılar italyan idmançının ölümünü təsdiqləyən bəyanat yayıblar.
Beynəlxalq Dünya Oyunları Assosiasiyasının bəyanatında deyilir: "Çinin aparıcı tibb müəssisəsində dərhal, ixtisaslı tibbi yardım almasına baxmayaraq, o dünyasını dəyişib".