Ukraynalı həmkarı Vladimir Zelenski və Avropa liderləri ilə videokonfrans zamanı ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Ukrayna əraziləri məsələsini müzakirə etməyəcəyinə söz verib.
1xeber.media xəbər verir ki, bu barədə mənbələrə istinadən NBC News məlumat yayıb.
“Tramp çərşənbə günü Avropa liderlərinə telefon danışığı zamanı bildirib ki, Alyaskada Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı mümkün ərazi dəyişikliklərini müzakirə etmək niyyətində deyil”.
Nəşrin mənbələrinə görə, söhbət zamanı Tramp da daxil olmaqla, bütün iştirakçılar razılaşıblar ki, Ukrayna danışıqlarda fəal iştirak etməlidir və hansı ərazi güzəştlərinə getmək istədiyini özü qərar verməlidir.
Avqustun 13-də ABŞ prezidenti və Avropa liderləri ilə videokonfrans keçirilib. Bildirilib ki, zəng “rus casusları” tərəfindən telefonların dinlənilməsi qorxusu səbəbindən ən ciddi məxfilik şəraitində keçirilib.
Tramp və Putin arasında görüş avqustun 15-də Alyaskanın Ankoric şəhərindəki Elmendorf-Riçardson hərbi bazasında baş tutacaq.