Respublika Klinik Xəstəxanasının həkimi, tanınmış ümumi cərrah İdris Axundov vəfat edib.
1xeber.media xəbər verir ki, Oxu.az-ın məlumatına görə o, həm də professor olaraq fəaliyyət göstərirdi.
Onun 68 yaşında dünyasını dəyişdiyi bildirilir. İ.Axundovun ölüm səbəbi açıqlanmayıb.