ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin nizamlanması kontekstində Avropadakı Amerika hərbçilərinin sayının azaldılması ideyasını daha sonra nəzərdən keçirməyə hazır olacağını bildirib.
1xeber.media xəbər verir ki, O, bunu avqustun 14-də Oval kabinetdə çıxışı zamanı jurnalistlərin sualını cavablandırarkən deyib.
"Bu sual mənə verilməyib və bu barədə sonra düşünəcəyəm", - Ağ Evin rəhbəri bildirib.
Tramp həmçinin bildirib ki, “əgər bu uğursuz görüşdürsə, çox tez başa çatacaq və bu görüş yaxşı olarsa, o zaman yaxın gələcəkdə sülhə nail olacağıq”.