Göyərtəsində Rusiya prezidenti Vladimir Putinin olduğu "Tu-214" təyyarəsi ABŞ hava məkanına daxil olub.
1xeber.media xəbər verir ki, bu barədə "FlightRadar24" məlumat yayıb.
Bildirilir ki, Ankoric şəhərinə eniş təxminən 1,5 saat sonra gözlənilir. Təyyarənin uçuşunu 70 mindən çox insan canlı izləyir.