Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp Ankoric hava limanında (Alyaska, ABŞ) görüşüblər.
1xeber.media xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Amerika lideri rusiyalı həmkarını təyyarənin çıxışında qarşılayıb. Dövlət başçıları əl sıxaraq danışıqlara gedəcəkləri kortejlərə getdilər.
Ankoricdə ilk eniş edən Tramp olub, lakin Putinin olduğu təyyarə görünənə qədər o, öz təyyarəsində qalıb, qonağı gözləyib. Qonağın gəlişi ilə eyni vaxtda pilləkənləri enərək qırmızı xalçada görüşdülər.
Prezidentlərin keçdiyi an Ankoric səmasında qırıcıların müşayiəti ilə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-2 Spirit bombardmançı təyyarəsi peyda olub.