Rusiya Ukraynanın Dnepropetrovsk vilayətinin iki rayonunu atəşə tutub.
1xeber.media xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Lısak Teleqram kanalında məlumat verib.
Məlumata görə, hücum nəticəsində 1 nəfər ölüb, 9 nəfər isə yaralanıb. Hücumlar zamanı 7 fərdi ev və bir mikroavtobus zərər görüb.