Futbol hakimi Emir Privalov dünyasını dəyişib
1xeber.media xəbər verir ki, Rusiyalı birinci Liqanın futbol hakimi Emir Privalov 28 yaşında dünyasını dəyişib. Bu barədə cümə günü, noyabrın 29-da Rusiya Futbol İttifaqı rəsmi saytında məlumat yayıb.
“Əmirdən bir arvad və iki uşaq qalıb. Rusiya Futbol İttifaqı hakimin ailəsinə dərin hüznlə başsağlığı verir və dəfn mərasiminin təşkilində maddi dəstək və köməklik göstərəcək”, - mesajda deyilir.
Privalov 9 iyul 1996-cı ildə Soçidə anadan olub. 2016-cı ildən futbol matçlarında hakimlik edir. 2021/22 mövsümündən etibarən İkinci Liqada çalışıb və bu mövsüm Rusiya Kubokunun iki Regionlar yolu oyununu idarə edib: İrtış - Çelyabinsk matçı (baş hakim) və Soçi - Volqa (ehtiyat hakim) .