Tiencin şəhərində keçirilən sammitin yekun bəyannaməsinə əsasən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) müşahidəçi və dialoq tərəfdaşı statuslarını birləşdirib.
1xeber.media xəbər verir ki, bu dəyişiklik nəticəsində Azərbaycan təşkilatın rəsmi tərəfdaşı statusunu əldə edib.
Hazırda ŞƏT-in üzv dövlətləri sırasında Belarus, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Rusiya, Tacikistan və Özbəkistan yer alır. Təşkilatla əməkdaşlıq edən ölkələr arasında isə iki müşahidəçi dövlət – Əfqanıstan və Monqolustan, eləcə də dialoq tərəfdaşı statusuna malik 14 ölkə var. Onların sırasında Azərbaycanla yanaşı Ermənistan, Bəhreyn, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv adaları, Myanma, Nepal, BƏƏ, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka da göstərilir.
Bundan əlavə, sammitdə qəbul edilən qərarla Laos da təşkilatın tərəfdaşı statusu qazanıb.