Moskva və Bakı ölkələr arasında münasibətləri yaxşılaşdırmaq üçün çalışırlar.
1xeber.media “Vedomosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.
"Biz hökumətlərarası komissiya keçirdik və iqtisadi sahədə hər ikimiz əməkdaşlığımızın inkişaf etdiyini qeyd etdik. Rusiya ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıq ölkələrimiz üçün çox vacibdir", - o deyib.
Overçuk qeyd edib ki, tərəflər münasibətləri yaxşılaşdırmaq üçün çalışırlar.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bir gün əvvəl bildirib ki, Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev sentyabrın 1-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşə bilərlər. Hələlik bu görüşün rəsmi açıqlaması yoxdur.