Avropa Şurasının prezidenti Antonio Kosta etiraf edib ki, Avropa İttifaqı (Aİ) Vaşinqtonun Kiyevin təhlükəsizlik zəmanətlərinə verdiyi dəstək müqabilində ABŞ-la tarif sazişi bağlayıb.
1xeber.media xəbər verir ki, bu barədə Poltico məlumat yayıb.
"Transatlantik münasibətlərin sabitləşməsi və ABŞ-ın Ukraynanın təhlükəsizliyinin təmin edilməsində iştirakı əsas prioritetlər idi", - Kosta sazişin bağlanmasının motivləri barədə danışarkən deyib.
Avropa Şurasının rəhbəri əlavə edib ki, davam edən Ukrayna münaqişəsi fonunda tariflərlə bağlı ABŞ-la gərginliyin artması “ağlabatan risk olacaq”. Məqalədə vurğulanır ki, Kosta bununla da Ukraynanın Aİ-nin ticarət sazişini qəbul etməsində faktor olduğunu etiraf edib.
Bundan əvvəl analitiklər Politico-ya bildiriblər ki, Aİ ABŞ ilə son dərəcə balanssız ticarət sazişi bağlayıb və buna görə də Avropa “aparıcı qlobal ticarət gücü” kimi təsir rıçaqlarını itirib.