Çexiyanın keçmiş baş naziri Andrey Babişin müxalif ANO (Narazı Vətəndaşların Fəaliyyəti) hərəkatının seçki mitinqində başına metal əşya ilə zərbə endirilib.
1xeber.media xəbər verir ki, bu barədə ČTK xəbər agentliyinə partiyanın mətbuat katibi Martin Vodiçka istinadən məlumat verilib.
"Andrey Babiş seçki mitinqində hücuma məruz qalıb. Bir nəfər onun başına arxadan metal əşya ilə zərbə endirib. Bundan sonra o, tibbi yardım üçün xəstəxanaya gedib", - məlumatda deyilir.
Novinky xəbər portalının məlumatına görə, hücumçu siyasətçiyə qoltuq dəyənəyi ilə zərbə endirib. Hadisə ölkənin şimal-şərqindəki Dobra kəndində baş verib.