ABŞ prezidenti Donald Tramp Çikaqonun dünyanın ən pis və ən təhlükəli şəhəri olduğunu deyib.
1xeber.media xəbər verir ki, Amerika lideri bu barədə sentyabrın 2-də Truth sosial şəbəkəsindəki səhifəsində bildirib.
"Çikaqo dünyanın ən qorxulu və ən təhlükəli şəhəridir. [İllinoys ştatının qubernatoru Cey] Pritzkerin həqiqətən köməyə ehtiyacı var, sadəcə bunu hələ bilmir", - Tramp yazıb.
ABŞ prezidentinin qeyd etdiyi kimi, ötən həftə sonu Çikaqoda azı 54 nəfər güllələnib, 8 nəfər həlak olub. Tramp şəhərdəki vəziyyətin təcili müdaxilə tələb etdiyini vurğulayıb və oraya təhlükəsiz şəkildə qayıtmağa söz verib.