Xəbər vediyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Hüseyn Cəlal oğlu Hüseynov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
1xeber.media geri çağırılan səfirin dosyesini təqdim edir:
Hüseyn Cəlal oğlu Hüseynov 1977-ci ildə Bakı şəhərində anadan olub.
1998-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu "beynəlxalq münasibətlər" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Siyasi idarəetmə" fakültəsinin magistratura şöbəsini fərqlənmə diplomu ilə bitirib.
O, 2000–2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspirantura pilləsində təhsilini davam etdirib, 2007-ci ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Hüseyn Hüseynov 19 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.