1xeber.media xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, İran nümayəndə heyəti ilə MAQATE nümayəndələrinin Vyanada görüşü yaxşı keçib.
Nazir qeyd edib ki, tərəflər “ikitərəfli əməkdaşlıq üçün yeni çərçivəyə nail olmağa yaxınlaşıblar”.
Əraqçi daha əvvəl demişdi ki, MAQATE və İran əməkdaşlığın gələcəyini müzakirə edir və agentlik bunun üçün yeni sistemin yaradılmasının vacibliyi ilə razılaşıb.
MAQATE-nin rəhbəri Rafael Qrossi daha əvvəl Tehranı agentliyin İranın nüvə obyektlərində yoxlama aparmasına razılıq verməyə çağırıb və agentliyin yaxın günlərdə İranla növbəti görüş keçirməyə çalışacağını qeyd edib.
İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə zərbələr endirməsindən sonra İran MAQATE ilə əməkdaşlığı dayandırıb. İyunun 22-də ABŞ İrandakı üç nüvə obyektini vurdu: Fordo, İsfahan və Natanz. Daha sonra ABŞ prezidenti Donald Tramp İran və İsrailin razılaşdığı atəşkəs elan edib.