Ukraynanın məğlub olacağı təqdirdə Rusiya NATO ölkələrindən birinin sərhədini keçməyə çalışacaq.
1xeber.media xəbər verir ki, bunu ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens deyib.
“Kreml hərbi əməliyyatlarını genişləndirərsə, ABŞ və onun müttəfiqləri Putinlə hərbi qarşıdurmaya getməyə məcbur olacaqlar. ABŞ təcavüzə qarşı mübarizədə dəstəkləyici rol oynayır, Avropa müttəfiqləri isə ön cəbhədə olmalıdır”, - Pens bildirib.