Türkiyənin daxili işlər naziri Əli Yerliqaya suriyalı qaçqınların fəal şəkildə vətənlərinə qayıtdığını bildirib.
1xeber.media xəbər verir ki, nazirin məlumatına görə, Suriyada hakimiyyət dəyişikliyindən sonra (2024-cü il dekabrın 8-dən etibarən) qonşu ölkəyə könüllü əsasda 474 min 18 suriyalı geri dönüb. Ümumilikdə isə 2016-cı ildən bu göstərici 1 milyon 213 min 620 nəfərə çatıb.
Ə.Yerliqaya Türkiyə hakimiyyətinin qaçqınların Suriyaya könüllü və ləyaqətli şəkildə qayıdışına dəstək verməyə hazır olduğunu vurğulayıb.