ABŞ Qətərdə yerləşən radikal Fələstinin HƏMAS hərəkatının rəhbərliyinə hücum etmək üçün İsrailə yaşıl işıq yandırıb.
1xeber.media xəbər verir ki, bu barədə “The Jerusalem Post” mənbələrə istinadən məlumat yayıb.
“ABŞ rəsmiləri Dohada HƏMAS rəhbərliyinə edilən hücumdan xəbəri olub və müvafiq əməliyyatı həyata keçirmək üçün yaşıl işıq yandırıblar”, - İsrail rəsmiləri nəşrə bildiriblər.
Bununla belə, Əl-Cəzirə telekanalı Yaxın Şərqdəki Amerika hərbçilərinə istinadən xəbər verir ki, onların HƏMAS-a qarşı “əməliyyatdan xəbəri olmayıb” və bu barədə “yalnız zərbələrdən sonra” məlumat verilib. Lakin onlar Ağ Evin İsrailin planları barədə əvvəlcədən xəbərdar olub-olmaması sualına cavab verə bilməyiblər.
Bundan əvvəl baş nazir Benyamin Netanyahunun ofisi İsrailin HƏMAS rəhbərliyinə qarşı əməliyyatın təşəbbüskarı olduğunu və müstəqil şəkildə həyata keçirdiyini bildirmişdi.