Azərbaycanlı iş adamı və müğənni Emin Ağalarovun Rusiyanın paytaxtı Moskvada yerləşən “Aviapark” Ticarət Mərkəzindəki “Forte Bello”, “Zafferano” və “Edoko” restoranları “AgalarovRest” şirkətinin diqqətini müstəqil layihələrə yönəltmək planları ilə əlaqədar bağlanıb.
1xeber.media teleqraf-a istinadla xəbər verir ki, bu barədə TASS-a “Agalarov Development” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “AgalarovRest”in hazırkı strategiyasının bir hissəsi olaraq, şirkət diqqətini ticarət mərkəzlərində yerləşən obyektlərdən müstəqil layihələrə çevirir.
“NF Group”un pərakəndə əmlak departamentinin regional direktoru Yevgeniya Haqverdiyevanın sözlərinə görə, Emin Ağalarovun təkcə “Aviapark”da deyil, digər yerlərdə də restoranları bağlanıb:
“Əsas səbəb müəssisələrin daha az effektiv olmasıdır. Onlar orta və yuxarı seqmentlərdə işləyirdilər, burada müştərilər konsepsiyaların, xidmətin və təkliflərin daimi yenilənməsini gözləyirlər. Ona görə də layihələr təbii olaraq sona çatdı, baxmayaraq ki, onlar bir çox rəqiblərdən daha uzun müddət davam etdi”.
“Magic Group”un və Ticarət Mərkəzləri İttifaqının vitse-prezidenti Perexantovya isə bildirib ki, Emin Ağalarovun “Vegas” Ticarət Mərkəzindəki digər restoranları çoxdan bağlanıb.