Türkiyənin Ankara vilayətində zəlzələ baş verib.
1xeber.media xəbər verir ki, bu barədə yerli Fəlakətlərin İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar səhər saat səkkizin yarısında, Türkiyə paytaxtından 70 kilometr şimal-şərqdə, Kalecik şəhəri yaxınlığında qeydə alınıb. Zəlzələnin gücü Rixter cədvəli üzrə 4,1 bal olub. Zəlzələnin ocağı 11 kilometr dərinlikdə yerləşib. Seysmik aktivlik Ankaranın bəzi ərazilərində, ilk növbədə hündürmərtəbəli binaların və köhnə yaşayış evlərinin sakinləri tərəfindən hiss olunub. Çankaya rayon sakinləri təşviş içində küçələrə qaçıblar. Tələfat və dağıntılar barədə məlumat yoxdur.