"Böyük Qayıdış" proqramına uyğun olaraq, sentyabrın 13–də Xocalı rayonunun daha bir kəndinə əhalinin köç prosesi həyata keçirilir.
1xeber.media xəbər verir ki, ilk mərhələdə Seyidbəyli kəndinə 9 ailədən ibarət 31 nəfər köçürülür.
Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.