NATO ölkələri Litvaya qoşun və texnikanın yerləşdirilməsi üçün “Böyük Qartal 2025” təliminə başlayıb.
1xeber.media xəbər verir ki, bu barədə X sosial şəbəkəsində NATO-nun Hollandiyadakı Birləşmiş Qüvvələr Komandanlığı Brunssum məlumat yayıb.
“NATO qüvvələri Litvada qoşun və texnikanın sürətli, operativ və koordinasiyalı şəkildə yerləşdirilməsini təcrübədən keçirir”, - deyə məlumatda bildirilir.
Bildirildiyi kimi, “Böyük Qartal 2025” təliminin məqsədi NATO-nun şərq cinahını gücləndirmək üçün müttəfiqlərin döyüş hazırlığını və operativ qarşılıqlı fəaliyyətini artırmaqdır.
Bundan əvvəl Polşa Silahlı Qüvvələrinin Baş Qərargahı NATO-nun baş katibi Mark Ruttenin elan etdiyi “Şərq gözətçisi” əməliyyatı çərçivəsində ölkə ərazisində fəaliyyətə başladığı barədə məlumat yayıb.