Türkiyə, İran və İraq liderləri sentyabrın 15-də Dohada ərəb və müsəlman liderlərinin fövqəladə sammitində iştirak edəcək.
1xeber.media xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İraqın Baş naziri Məhəmməd Sudani sammitdə iştirak edəcəklərini təsdiqləyib.
Sammitdə İsrailin Dohaya hava hücumlarını pisləyən və Qəzzada baş verənlərə son qoyulmasını tələb edən qətnamənin qəbulu gözlənilir.