ABŞ prezidenti Donald Trampın Polşada pilotsuz təyyarə ilə bağlı insidentlə bağlı səssiz reaksiyası Avropa ölkələri təşvişə düşüb.
1xeber.media xəbər verir ki, bu barədə sentyabrın 13-də avropalı diplomatlara istinadən Reuters agentliyi məlumat yayıb.
“Trampın səssiz reaksiyası geniş şəkildə onun Avropa müttəfiqlərini öz təhlükəsizlikləri üçün daha çox məsuliyyət daşımağa təşviq edən “Birinci Amerika” yanaşmasının başqa bir nümunəsi kimi qəbul edildi”, - nəşr yazır.
Qeyd olunur ki, bir çox NATO ölkəsi Trampın münaqişələr zamanı Avropanın müdafiəsində iştirak etmək istəyini şübhə altına alır.