ABŞ prezidenti Donald Tramp ilk dəfə Rusiyanı Ukraynaya qarşı müharibədə təcavüzkar adlandırıb.
1xeber.media “Politico”ya istinadən xəbər verir ki, əvvəllər bu ifadədən yayınan ABŞ prezidenti ilk dəfə birbaşa Moskvanın təcavüzkar olduğunu bildirib.
O, bunu jurnalistlərlə söhbətində deyib:
“Bu həftə hər iki tərəfdən 8 min əsgər öldü. Daha çox Rusiyadan - çünki siz təcavüzkar olanda daha çox itirirsiniz”.
Əvvəllər Tramp BMT-də və G7-də Rusiyaya qarşı “təcavüzkar” ifadəsinin işlədilməsinə imkan verməyib, hətta müharibənin başlamasında Ukraynanı günahlandırıb:
“Lakin yayda onun ritorikası dəyişdi: ABŞ prezident administrasiyası Putinə təzyiqi artırdı, baxmayaraq ki, o, Zelenski ilə danışıqlara məhəl qoymur”.