Ukrayna səmasını bağlamağı düşünən Polşa köhnə tarix dərsliklərini oxumalıdır.
1xeber.media xəbər verir ki, bu məsləhəti Polşa hakimiyyətinə senator Vladimir Cabarov verib.
Cabarov qeyd edib ki, uçuşa qadağa zonası məsələsi son dərəcə mürəkkəbdir və NATO ölkələrinin özlərinin Ukrayna üzərində qapalı səma rejiminə əməl etməyə hazır olub-olmadığını soruşub. Federasiya Şurasının üzvü həmçinin xəbərdarlıq edib ki, Rusiyaya qarşı hücumlar Varşava üçün həmişə pis sonlanır.
Onlar rusofob dünyalarında sadəcə olaraq qorxularını itiriblər. Yaxşı olardı ki, köhnə tarix dərsliklərini götürüb Polşanın Rusiyaya hücumlarının necə bitdiyini oxusun.Bundan əvvəl Dövlət Dumasının deputatı Yuri Şvıtkin bildirmişdi ki, NATO qüvvələrinin Ukrayna üzərində uçuşa qadağan zonası tətbiq etməsi üçüncü dünya müharibəsinə doğru birbaşa addım olacaq.