1xeber.media  xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Rzayev deyib. O bildirib ki, bunlar tamamilə o dövrdən qalan adlardır:

"Bəziləri heç bu barədə məlumat vermirlər. Yaxşı olar ki, həmin küçələrlə bağlı bələdiyyələr Milli Məclis və müvafiq qurumlar qarşısında məsələ qaldırsınlar və o küçələrin adlarını götürək. Bizim o qədər görkəmli şəxsiyyətlərimiz, Vətən müharibəsində həlak olan qəhrəmanlarımız var ki, həmin küçələrə onların adları verilsə, daha yaxşı olar. Müəyyən regionlarda iş gedir, ziyalı, görkəmli adamların adına küçələr verilir. Bu sahədə istər icra orqanları, istərsə də bələdiyyələr xatirənin əbədiləşdirilməsi üçün iş görürlər”.