Yaponiya hökuməti ABŞ prezidenti Donald Trampın təkid etdiyi kimi, Rusiya neftini alan ölkələrə qoruyucu rüsumlar tətbiq etmək imkanını görmür.
1xeber.media xəbər verir ki, bunu jurnalistlərə ölkənin maliyyə naziri Katsunobu Kato deyib.
O, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvləri üçün Tokioya müəyyən edilmiş həddən artıq rüsumlar tətbiq etməyə imkan verməyən və öhdəliklərini yerinə yetirdiyi müddətdə bütün üzv ölkələrə bərabər münasibət tələb edən tələbləri xatırladıb.
Kato qeyd edib ki, bu baxımdan hər hansı bir ölkə üçün rüsumları hətta 50 faizə qədər artırmaq çox çətin olardı, bu, Ağ Ev rəhbərinin görmək istədiyi minimumdur. O əlavə edib ki, Tokio Ukraynada hərbi əməliyyatlara son qoymaq üçün Rusiyaya təzyiq göstərməyin yollarını öyrənir və bu məsələdə G7-nin digər ölkələri ilə əməkdaşlıq edir.