Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Avropa Komissiyasının (AK) Avropa İttifaqına (Aİ) tədarük edilən İsrail məhsullarının 37%-nə şamil edilən rüsumsuz rejimi ləğv etmək niyyətini açıqlayıb.
1xeber.media xəbər verir ki, Kallas bu barədə sentyabrın 16-da Euronews telekanalına müsahibəsində bildirib.
"Onlardan biri [İsrailə qarşı tədbirlər] Sazişin ticarət hissəsinin (Aİ ilə birləşmək haqqında - red.) dayandırılmasıdır. 2024-cü ildə İsraillə ticarət dövriyyəmiz 42,6 milyard avro təşkil edib. Bu, əhəmiyyətli məbləğdir. Güzəştli rejimə gəlincə, bu ticarətin 37%-i ondan istifadə edir", - AK rəhbəri bildirib.
O qeyd edib ki, belə bir addım İsrailə baha başa gələcək.