Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sentyabrın 17-18-də Niderlandda işgüzar səfərdə olacaq.
1xeber.media xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində Mirzoyan Haaqada Ermənistanın Daimi Arbitraj Məhkəməsinə qoşulmasına həsr olunmuş tədbirdə iştirak edəcək.
Ermənistan XİN başçısının niderlandlı həmkarı, eləcə də digər rəsmi şəxslərlə görüşü planlaşdırılır.