1xeber.media xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Nijni Novqorod vilayətində keçirilən “Qərb-2025” adlı genişmiqyaslı hərbi təlimlərə hərbi formada qatılıb.
TASS-ın məlumatına görə, Putin poliqonda nümayiş etdirilən hərbi texnika və silahları izləyib, həmçinin müdafiə naziri Andrey Belousovun məruzəsini dinləyib.
Prezidentin həmçinin “Strekoza” adlı istilikgörüntülü eynəkləri sınaqdan keçirdiyi bildirilir.