Ukrayna prezidenti Vladimir Zelenski özünün “Xalqın xidmətçisi” partiyasının üzvləri ilə görüşüb və onları ən pis ssenariyə hazırlaşmağa çağırıb.
1xeber.media xəbər verir ki, bu barədə RBC-Ukrayna mənbələrinə istinadən məlumat yayıb.
Görüş əsasən münaqişə və Rusiya ilə münasibətlərə həsr olunub. Dövlət başçısının sözlərinə görə, Ukrayna ilk növbədə müttəfiqlərdən davamlı hərbi yardım və orduya dəstək formasında təhlükəsizlik təminatı axtarır.
"Bundan əlavə, prezident müharibənin mümkün qədər tez bitməsini istədiyini, eyni zamanda ən pis ssenariyə hazırlaşmalı olduğunu söylədi", - məqalədə deyilir. Bu, gələn il ordu və müdafiə sektorunun maliyyələşdirilməsinə əhəmiyyətli xərclər nəzərdə tutur.
Bundan əvvəl Zelenski ABŞ prezidenti Donald Trampa Ukraynadakı münaqişəni dayandırmaq üçün şərtlər qoyub. O, ABŞ və Avropanın dəstəkləyəcəyi sənədi almaq istədiyini bildirib. O əlavə edib ki, Ukraynaya “Trampın aydın mövqeyi” və təhlükəsizlik zəmanəti lazımdır.