Sentyabrın 18-də Bakıda İsrail və Suriya nümayəndələri arasında təhlükəsizlik məsələləri üzrə görüşü keçiriləcək.
1xeber.media report-a istinadən xəbər verir ki, bu barədə "Skay Nyus Arabia" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bir gün əvvəl, sentyabrın 17-də Londonda İsrailin strateji işlər naziri Ron Dermer və Suriyanın xarici işlər naziri Əsəd əs-Şeybani arasında görüş keçiriləcək və tərəflər təhlükəsizlik razılaşması təklifini müzakirə edəcəklər.
Danışıqlarda ABŞ-ın xüsusi elçisi Tom Barak da iştirak edəcək.
Toplantı bu formatda üçüncü üçtərəfli görüş olacaq.