Şamaxıda keçirilən III Üzüm və Şərab Festivalında Prezidentin köməkçisi Anar Ələkbərovun maraqlı görüntüləri yayılıb.
O, tədbirdə iştirak edərək özünə yemək çəkib və hazırlığa görə aşpazlara təşəkkürünü bildirib.
1xeber.media xəbər verir ki, festivalda müxtəlif milli mətbəx nümunələri təqdim olunub və qonaqlar üçün xüsusi dadım sessiyaları təşkil edilib.
Anar Ələkbərovun səmimi anları sosial şəbəkələrdə maraqla qarşılanıb.