ABŞ prezidenti Donald Tramp Suriya Ərəb Respublikasının (SAR) müvəqqəti prezidenti Əhməd əl-Şaraa və Kiyev rejiminin başçısı Vladimir Zelenski ilə görüşməyi planlaşdırır.
1xeber.media xəbər verir ki, bu barədə sentyabrın 20-də mənbələrə istinadən The Wall Street Journal (WSJ) məlumat yayıb.
Məqalədə deyilir: “Ağ Ev Trampla Suriya prezidenti Əhməd əl-Şaraa və Vladimir Zelenski kimi dünya liderləri arasında ikitərəfli danışıqları planlaşdırmağa çalışır.
ABŞ prezidentinin ikinci müddətində ilk dəfə BMT-nin baş katibi Antonio Quterreşlə də görüşəcəyi gözlənilir.